Qaynar xətt:

(+99450) 247 90 86

Norveç  Rusiyayay qarşı  sanksiya tətbiq edib

Norveç  Rusiyayay qarşı  sanksiya tətbiq edib

DÜNYA

300

02.10.2023, 22:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Norveç Xarici İşlər Nazirliyi bildirir ki, oktyabrın 2-də Norveç hakimiyyət orqanları əsasən Avropa İttifaqının 11-ci anti-Rusiya tədbirləri paketinə uyğun gələn sanksiyalar tətbiq edib.

Oxu24.com xəbər verir  ki,“Yeni sanksiyalar raundu, əsasən, Aİ-nin 11-ci sanksiyalar paketindəki tədbirlərə uyğundur”, - Norveç Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib.

Beləliklə, yeni sanksiyalar, digər məsələlərlə yanaşı, Rusiya müdafiə sektorunun inkişafına və Rusiyanın texnoloji potensialının artırılmasına töhfə verə biləcək malların Rusiya Federasiyası ərazisindən tranzitinə əlavə qadağalar nəzərdə tutur. 

Bununla yanaşı, Norveçin sanksiyaları Rusiyada qeydiyyatdan keçmiş qoşqulu və yarımqoşqulu yük maşınlarının öz ərazisindən keçməsini qadağan edir.

Norveç Xarici İşlər Nazirliyi ölkənin bəzi istisnalarla sanksiyalar tətbiq etdiyini və Aİ-nin bir sıra tədbirlərini qəbul etmədiyini vurğulayıb.

İyunun 23-də Avropa İttifaqının 11-ci anti-Rusiya sanksiyalar paketini təsdiqlədiyi bildirilib. Digər şeylərlə yanaşı, Avropa İttifaqı bir sıra malların Rusiya Federasiyası ərazisindən tranzitinə qadağa qoyub. Aİ, həmçinin Rusiyada qeydiyyatdan keçmiş qoşqu və yarımqoşqularla avtomobil yolu ilə yüklərin Aİ-yə daşınmasına qoyulan qadağanı uzadıb.

 

Müəllif:Nigar