Qaynar xətt:

(+99450) 247 90 86

“Abrams” tanklarının partiyası Ukraynaya göndərilmək üçün Litvada boşaldılır

“Abrams” tanklarının partiyası Ukraynaya göndərilmək üçün Litvada boşaldılır

DÜNYA

219

02.10.2023, 22:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Litvanın Klaypeda limanında “Abrams” tanklarının partiyası boşaldılır.

Oxu24.com xəbər verir  ki,Rusiyayönlü Nikolaev metrosunun koordinatoru Sergey Lebedevin RİA Novosti-yə verdiyi məlumata görə, ehtimal ki, tanklar Ukraynaya təhvil verilmək üçün hazırlanır. 

 Litva limanında suyun yaxınlığındakı birinci xəttdə tankların qeydə alındığı vide yayılıb.

Lebedev bildirib ki, avadanlıq əvvəlcə Amerikanın Texas ştatındakı Bomont limanında və Cənubi Karolina ştatının Çarlston hərbi bazasında yüklənəcək.

"Tankların sonrakı yolu izlənilir, Ukraynada görüş hazırlanır", - Lebedev yekunlaşdırıb.

Bu arada Kiyev etiraf edib ki, Qərb tankları Rusiyanın öhdəsindən gəlməyə kömək etməyəcək. Ukraynada qalib gəlməyə kömək edə bilən silah sayılan 31 “Abrams” tankının gecikdirilmiş çatdırılması artıq Ukraynanın əks-hücumuna kömək etməyəcək. Ukrayna Abramlara böyük ümid bəsləyirdi.

 

Müəllif:Nigar