Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85557
az

Ərdoğan Zelenski ilə danışacaq

20:3225 Mart, 2023
72
DÜNYA
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vlolodimir Zelenski ilə münaqişənin həllini müzakirə etmək üçün telefon danışığı aparmaq niyyətindədir.

Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “NTV” telekanalına müsahibəsində bildirib.

“Ölkə rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Cənab Zelenski ilə də Ukraynadakı vəziyyətin həlli yollarını tapmaq üçün danışıqların aparılacağı gözlənilir”-deyə, o bildirib.

Martın 25-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan Putinə taxıl müqaviləsinin uzadılması məsələsində müsbət mövqeyinə görə təşəkkür edib.

Bundan əvvəl Ərdoğan bildirib ki, Ankara münaqişələrin tərəfi olmayacaq və Ukrayna ilə bağlı vəziyyətdə olduğu kimi, sülh yolu ilə nizamlanmanın tərəfdarı olmaq niyyətindədir. O, həmçinin Rusiya və Ukrayna liderləri arasında Türkiyədə danışıqlar təşkil etməyə çalışdığını dəfələrlə təkrarlayıb.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölümdən son anda xilas olan satıcının reaksiyası heyrət doğurdu - VİDEO
ABŞ Gürcüstanı HƏDƏLƏDİ
Antarktidada FƏLAKƏT: Xabarovsk boyda aysberq qopdu, bütün dünyada...

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş