Qaynar xətt:

(+99450) 247 90 86

Tereza Mey “Mercedes”dən düşə bilmədi - Qapısı bağlandı+ Video

DÜNYA

1029

11.12.2018, 22:15

 Böyük Britaniyanın baş naziri Tereza Mey Almaniyanın kansleri Angela Merkellə görüşdən əvvəl çıxılmaz vəziyyətə düşüb. Oxu24.com  xarici mediaya istinadən xəbər verir ki, danışıqlar üçün Almaniyada olan baş nazir qırmızı xalıda onu gözləyən Merkellə görüşmək üçün avtomobilindən enmək istəyib. Lakin bu zaman “Mercedes”in qapısı kilidləndiyindən onu açmaq mümkün olmayıb. Protokol əməkdaşları Meyə kömək etmək üçün avtomobili tərk ediblər və bir neçə saniyə sonra baş nazir maşından düşə bilib.O, Merkellə salamlaşdıqdan sonra danışıqlar zalına yollanıb.