Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7701
az

Cinsi əlaqə olar, siqaret olmaz - Təyyarə qadağaları

11:1006 Dekabr, 2018
1197
DÜNYA
  • A
Təyyarə uzun yolları qısaldan, günümüzdə isə nə qədər qəribə olsa da ən təhlükəsiz nəqliyyat vasitəsi sayılır.

Ömründə heç olmazsa 1 dəfə belə olsa hava nəqliyyatından istifadə edən şəxs uçuşdan öncə, uçuş zamanı və enişdə pilot və bələçilərin etdiyi anonsları yaxşı xatırlayar.

Oxu24.com  news24.az-a istinadən təyyarədə mövcud olan qadağaları, uçuş haqqında gəzən əfsanələri və icazə verilən hərəkətləri təqdim edir:

Telefona gələn adi mesaj "Boeng"i qəzaya sala bilər?

Telefona gələn zəng və ya mesajın siqnalı yerdən pilotlara verilən vacib məlumata mane ola bilər. Buna misal, uçuş və enişdə yaranan problemlər, hazırda eniş zolağının boş olmamasını göstərmək olar.

Avtopilot təyyarəni endirə bilər?

Təbii ki, yox. Avtopilot funksiyası, sadəcə olaraq, uçuş prosesini sadələşdirir.

Təyyarədəki tualetlərdə siqaretdən istifadə qadağandırsa, o zaman niyə kül qabı var?

Qadağan olsa da hələ də təyyarədə olan sərnişinlərin bəzilər tualetdə siqaretdən istifadə edir.

Külqabı isə siqaret qalıqlarını kağızla dolu zibilqabına atmamaq üçündür. Başqaları sizin günahınızın cəzasını çəkməməlidir.

Əlavə yemək istəyə bilərəm?

Adətən təyyarədə ümumi sərnişin sayından 8-15 ədəd artıq yemək porsiyası olur. Şirkət bunu yeməyin kiminsə əlindən düşmə ehtimalı olduğu üçün həm də sərnişinin əlavə yemək istəmə ehtimalına görə edir.

Uçuş və eniş zamanı illüminatorların (pəncərə) pərdələrinin açıq olması və oturacaqların şaquli vəziyyətə gətirilməsinin səbəbi nədir?

Oturacaqların şaquli istiqamətə gətirilməsi arxa sırada oturan sərnişinin evakuasiya vaxtı rahat hərəkəti üçündür.

Pəncərə pərdələrinin açıq olmasına səbəb isə hər hansı bir tüstüləmə vaxtı bələdçilərin çıxışı rahat tapmasına görədir.

Birdən kimsə təyyarənin qapısını açdı...

10 km hündürlükdə təyyarə qapısının üzərinə düşən ağırlığın çəkisi 7-10 ton arasındadır. Həmçinin qapı mexaniki və elektron klidlərlə bağlanır.

Tualetdəki unitazın artıqları hara boşaldılır?

Təbii ki, uçuş zamanı çölə atılmır. Əks təqdirdə bütün Avropa zibil içində olardı. Unitazın düyməsi basıldıqda orada olan tullantılar xüsusi konteynerə boşalır və eniş zamanı təmizlənir.

Təyyarənin tualetində sekslə məşğul olsam...

Çox güman ki, heç bir cəza almayacaqsınız. Sadəcə olaraq, sizi iş başında tutsalar, özünüzü narahat hiss edəcəksiniz. Həmçinin nəzərə alın ki, ayaqyolunda 15 dəqiqədən artıq vaxt keçirsəniz, sizin üçün narahat olan bələçilərin qapını açmağa tam ixtiyarları var.

Lakin siz tualetdə yox, elə salonda hərəkətə keçmək istəsəniz, o zaman sizi cərimə edəcəklər və aviaşirkətin qara siyahısına salınacaqsınız.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın ərini pişiyə görə məhkəməyə verdiö
Dünyanın ən yaşlı çöl quşu yumurtladı
İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu