Qaynar xətt:

(+99450) 247 90 86

İran-Pakistan sərhədində gərginlik: ölənlər var

DÜNYA

1301

17.04.2018, 23:43

\"\" İranın Pakistanla sərhəd bölgəsində ortaya çıxan qarşıdurma nəticəsində İran təhlükəsizlik qüvvələrinin 3 üzvü həlak olub.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb. Məlumata görə, bir qrup terrorçu Mircavə sərhəd zonasında polis postuna hücum edib. Hadisə Sistan-Baluxistan vilayətinin mərkəzi şəhəri Zahedanın 75 kilometr cənubunda baş verib. Baş verən qarşıdurma nəticəsində İrandan iki əsgər və bir polis zabiti həlak olub. Digər tərəfdən isə 3 nəfər məhv edilib.