Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7549
az

42 il ağac qabığı yeyən ailəni geoloqlar xilas etdi - FOTO

22:3530 Noyabr, 2018
851
DÜNYA
  • A
 Likov ailəsi Sibirin Erinat çayı kənarındakı bir tayqada 42 il sivil dünyadan uzaq yaşayıb.

Oxu24.com ölkə.az-a istinadən xəbər verir ki, təsadüfən bölgəyə səfər edən geoloqlar Likov ailəsini tapdı.

Atası kommunistlər tərəfindən öldürülən Karp Likov bütün ailəsini də götürərək Sibirin ucqarına köçür. Amma o, özü ilə heç nə götürməmişdi. Yaşaya bilmək üçün ailə məcburən ov etməyə başlayır. Likov ailəsi ovu da yaxşı bacarmadığı üçün kartof və çovdar əkir. Əraziyə yağan qar yağışı məhsulları zay edir. Ailə sağ qala bilmək üçün ağac qabığı və ayaqqabılarını yeməyə başlayır.

Uşaqları doysun deyə yemək yeməyən Akulina Likov acından ölür. Paltarlarını otlardan, ayaqqabılarını ağac qabığından hazırlayan ailəni təsadüfən arxeoloqlar tapır. 42 il ərzində uşaqlar artıq böyüyüb yaşa dolmuşdu. Onlar bu müddət ərzində bir-birlərindən başqa insan görmədikləri üçün yad insanlardan qorxurdular. Sonra isə ailə ilə geoloqlar dostlaşır. Geoloqlar onları sivil dünyaya aparmaq istəsələr də, ailə bundan imtina edir. Vaxt keçdikcə ailə fərdləri ölməyə başlayır. Ailənin ən kiçik üzvü Aqafiya Likov hələ də sağdır. Alimlər nə qədər israr etsələr də, qadın yaşadığı yeri tərk etmir.

Hazırda 75 yaşı olan Aqafiya könüllü insanların yardımı ilə ailəsindən qalan daxmada bir neçə it və pişiklə birlikdə yaşayır...


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın ərini pişiyə görə məhkəməyə verdiö
Dünyanın ən yaşlı çöl quşu yumurtladı
İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu