Artıq bir neçə gündür ki, ölkə mətbuatının və cəmiyyətinin əsas müzakirə mövzusu 220 saylı məktəbin direktoru Tural Mirzəliyevlə tanınmış aktyor Rza Rzayevin arasında olan davadır.
Hər iki tərəf mətbuatda özünün haqlı olduğunu və özlərini müdafiə edən çıxışlar edib. Direktorla aktyor arasında baş verən dava ilə bağlı araşdırma aparılır.
Oxu24.com xəbər verir ki, 220 saylı orta məktəbdə ingilis dili müəllimi işləmiş Rövşən Əzizov məktəbin direktoru Tural Mirzəliyevlə bağlı sensasion məlumatlar açıqlayıb. İşdən çıxarılan məktəbin ingilis dili müəllimi orada baş verən olaylarla bağlı danışıb.O, məktəbin direktoru Tural Mirzəliyevin ünvanına ittihamlar səsləndirib. İngilis dili müəllimi iddia edib ki, məktəb direktoru FETÖ təşkilatının təbliğatçısıdır. O, bununla bağlı sensasion fikir də səsləndirib. "Direktor məktəbdə oxuyan qızlara deyirdi ki, uzun geyimlər geyinin. Bununla bağlı onun otağına getdim və buna etirazımı bildirəndə mənə verdiyi cavabdan şoka düşdüm. Direktor deyirdi ki, qısa ətəkdə dərsdə oturan qız uşaqlarına başqa gözlə baxılar..."
Sayt rəhbərliyi qeyd edir ki, bu müəllimin iddiasıdır. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Həmin sensasion video müsahibəni təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR