Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukrayna hərbçiləri əsir götürdü - Gərginlik son həddə çatdı: BMT TƏCİLİ TOPLANIR

2018-11/1543214090_1533488266.jpg

DÜNYA

1223

26.11.2018, 10:33

 Rusiya və Ukrayna arasında baş verən gərginliyə görə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gün təcili toplantı keçirəcək. Oxu24.com xəbər verir ki, toplantı yerli vaxtla saat 11:00 da (Bakı vaxtı ilə 18:00) başlayacaq.
Xatırladaq ki, Rusiya  tərəfindən  Krımda Ukraynanın üç gəmisi saxlanılıb.Onların saxlanılması üçün silahdan istifadə edilib. Nəticədə 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib və hər üç şəxsin həyatı üçün təhlükə yoxdur. Ukrayna  ordusu  Rusiyanın  gəmilərə atəş açdığını, bir əskərin  öldüyünü  açıqlayıb. Bəzi  mənbələrə  görə  Rusiya  ordusu Ukraynaya məxsus hərbi qayıqları ələ keçirib və bəzi hərbçiləri əsir götürüb. Ukrayna mətbuatı isə Ukrayna Müdafiə Nazirliyi və Dəniz Qüvvələri internet saytlarının çökdürüldüyünü yazır. Ukraynanın bütün dəmiryolu xəttləri ikinci bir əmrə qədər ordunun tabeçiliyinə verildi və Donbassa hərbi birliklər cəmlənir.