Qaynar xətt:

(+99450) 247 90 86

Əvvəlcə qanını şprislə çəkib unitaza töküblər, sonra... – Qaşıqçının qətlində DƏHŞƏTLİ DETALLAR

2018-11/1543134467_1543129466_1543128734_qasiqci.jpg

DÜNYA

750

25.11.2018, 12:29

\"\" Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyədən gələn qatillər Qaşıqçını öldürəndən sonra onun qanını şprislə çəkərək unitaza axıdıblar. Sonra qanı çəkilmiş cəsədi hissələrə ayırıblar. Bu vəhşiliyi hazırda Səudiyyə Ərəbistanında saxlanılanlar arasında olan Salah al-Tubaiqinin etdiyi deyilir. Məlumata görə, Tubaiqi cəsədi parçalayarkən musiqi dinləyirmiş və ona kömək edənlərə təlimatlar verirmiş. Qaşıqçının cəsədindən çəkilən qanın ətrafa dağılmaması üçün laxtalandırıcı dərmandan da istifadə edildiyi deyilir.