Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7038
az

Müdafiə Nazirliyinin polkovnikinə sui-qəsd oldu

13:0414 Noyabr, 2018
1025
DÜNYA
  • A
 Ermənistan Müdafiə Nazirliyinin 53 yaşlı polkovniki D.Karenə məxsus avtomobil güllələnib.

Azvision.az  “Shamshyan.com”a istinadən xəbər verir ki, insident gecə saat 03:10 radələrində İrəvanda baş verib.
Belə ki, naməlum şəxslər polkovnik Karenin yaşadığı evin həyətənə gələrək ona məxsus “Nissan Pathfinder” markalı avtomobili güllə atəşinə tutublar. Nəticədə avtomobililn şüşələri, qapıları və yük yerinə ciddi ziyan dəyib. İnsidentin sui-qəsd niyyətilə həyata keçirildiyi deyilir.

Əmlakına hücumla bağlı erməni polkovnik Nor Nork polis bölməsinə məlumat verib. Faktla bağlı cinayət işi açılıb, hücum edənlərin kimlikləri müəyyənləşdirilir.

Qeyd edək ki, D.Karen həm də Ermənistan Müdafiə Nazirliyi idarəsinin rəis müavinidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
ABŞ Ukrayna ilə bağlı STRATEGİYANI DƏYİŞDİ -Tərəfləri nə gözləyir?
Türkiyədə birgünlük matəm elan edildi