Qaynar xətt:

(+99450) 247 90 86

"Səudiyyənin prokuroru səs yazısına qulaq asanda şoka düşdü" - Ərdoğan yeni detalları açıqladı

2018-11/1542092241_cemal-kasikci-nin-nisanlisi-hatice-cengiz-cinayet-11373708_4045_m.jpg

DÜNYA

819

13.11.2018, 10:56

Səudiyyənin baş prokuroru ""yəqin ki, bu, heroin qəbul edib, çünki bu əməli ancaq narkotik maddə qəbul edən biri törədə bilər" deyəcək qədər şoka düşdü.
Femida.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdən qayıdarkən jurnalistlərin suallarını cavablayıb. O, Camal Haşoqqinin İstanbul baş konsulluğundakı qətli barədə də danışıb. "Cinayətlə bağlı səs yazısını Səudiyyə də daxil olmaqla, ABŞ, Fransa, Kanada, Almaniya, İngiltərəyə də dinlətdik. Səs yazısı fəlakətdir. Hətta Səudiyyənin baş prokuroru ""yəqin ki, bu, heroin qəbul edib, çünki bu əməli ancaq narkotik maddə qəbul edən biri törədə bilər" deyəcək qədər şoka düşdü".