Öcalan azadlığa çıxdı - Sensasiya
01 Noyabr 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
651
19.03.2022, 00:12
2015-ci ildə Xəzərdəki Rusiya gəmiləri Suriyaya “Kalibr” qanadlı raketləri ilə bir neçə dəfə zərbələr endirmişdi
“Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinin dərinliklərindən belə raket atıldığını qeydə alıb”.
Bunu Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat “RBK-Ukraina”ya müsahibəsində söyləyib.
“Əgər raket məsələn, Krımdan Kiyev istiqamətində uçursa, o zaman yol boyu mərhələli şəkildə hava hücumu siqnalı işə salınır. Biz onun haranı vura biləcəyini alqoritmə əsasən hesablayırıq. Lakin elə hallarda qeydə alınıb ki, raket atışı strateji raketdaşıyıcılarından, hətta Xəzər dənizindən gerçəkləşdirilir. Bunu izləmək çox çətindir”, - sözçü vurğulayıb. Rusiya bu xəbəri nə təsdiq, nə təkzib edib.
Qeyd edək ki, Rusiya son illərdə Xəzər donanmasını gücləndirirdi. Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilən ən yeni raket gəmiləri ilk növbədə Xəzər donanmasına verilirdi. 2015-ci ildə Suriyada hərbi əməliyyatlar başlayandan sonra isə Rusiya Xəzəri hərbi əməliyyatlar zonasına çevirdi, buradan Rusiya gəmiləri Suriyadakı hədəflərə silahlanmaya yeni qəbul edilən “Kalibr” qanadlı raketləri ilə bir neçə dəfə zərbələr endirdi.
Rusiya Xəzər flotiliyasının gəmilərini və sahil mühafizə bölmələrini 2010-cu ildən etibarən “Uran-E”, “Kalibr-NK” və “Bal-E” gəmi əleyhinə raket kompleksləri ilə təchiz etməkdədir. 2013-cü ildə flotiliyanın “Qrad Sviyajsk” korvetində, ardınca “Uqliç”, “Veliky Ustyuq” və “Dağıstan” gəmilərinin silahlanmasına “Kalibr-NK” qanadlı raketləri daxil edilib. 2015-ci ilin sonlarında Xəzər flotilyasının gəmiləri Suriyadakı hərbi əməliyyatlara cəlb olunub. Flotilyanın dörd raket gəmisi 7 və 20 noyabr 2015-ci il tarixlərində Xəzər dənizindən Suriyanın Rakka, İdlib və Hələb əyalətlərində yeddi hədəfə 44 (noyabrın 7-də 26, noyabrın 20-də isə 18) qanadlı raket buraxmışdır. Müdafiə naziri Serqey Şoyqunun məruzəsinə əsasən, bütün hədəflər vurulub.
Hazırda Xəzər flotilyasının sıralarında xidmət edən 3 ədəd 21631 “Buyan-M” layihəli korvetin hər birinin silahlanmasında 8 ədəd “Kalibr-NK” raketi mövcuddur. 11661K layihəli “Dağıstan” gəmisində isə əvvəlcədən planlaşdırılan “Uran-E” kompleksi “Kalibr-NK” universal raket kompleksi ilə əvəzlənib. Gəminin üzərində 1 ədəd 8 raketli “Kalibr-NK” buraxıcı qurğusu yerləşdirilib.
Azeridefence.com-a görə, “Kalibr” ailəsinə daxil olan raketlərinin dəqiq taktik-texniki xüsusiyyətləri barədə məlumatlar mövcud deyil. Raketin uçuş uzaqlığı barədə Rusiyanın hərbi rəsmiləri ziddiyyətli açıqlamalar verməkdədir.
2012-ci ildə mediada yer alan xəbərlərdə raketin dəniz hədəflərinə atış uzaqlığı 375 km, 2015-ci ildə açıqlanan məlumatlarda isə yerüstü hədəflərə 2400 km olaraq göstərilib. 2016-cı ilin mart ayında Rusiya HDQ Qara dəniz Flotilyasının komandanı “Kalibr-NK”nın dəniz hədəflərinə atış uzaqlığını 500 km, 2017-ci ilin oktyabr ayının 19-da “Valday” klubunda müzakirələrdə çıxış edən Rusiya prezidenti Vladimir Putin isə 1400 km olaraq qeyd etmişdi.
09:27 / 02 Noyabr 2026
89
09:23 / 02 Noyabr 2026
41
09:21 / 02 Noyabr 2026
47
09:20 / 02 Noyabr 2026
46
02:55 / 02 Noyabr 2026
276
01:12 / 02 Noyabr 2026
160
00:41 / 02 Noyabr 2026
265
00:26 / 02 Noyabr 2026
261
00:06 / 02 Noyabr 2026
548
23:52 / 01 Noyabr 2026
895
23:45 / 01 Noyabr 2026
1845
23:40 / 01 Noyabr 2026
173
23:27 / 01 Noyabr 2026
251
23:25 / 01 Noyabr 2026
683
23:14 / 01 Noyabr 2026
268
23:00 / 01 Noyabr 2026
654
22:56 / 01 Noyabr 2026
174
22:04 / 01 Noyabr 2026
162
21:49 / 01 Noyabr 2026
205
21:49 / 01 Noyabr 2026
208
21:26 / 01 Noyabr 2026
414
21:14 / 01 Noyabr 2026
412
20:55 / 01 Noyabr 2026
364
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.