Qaynar xətt:

(+99450) 247 90 86

Mariupolda ruslar xəstələri və tibb işçilərini girov götürdü

Mariupolda ruslar xəstələri və tibb işçilərini girov götürdü

DÜNYA

520

15.03.2022, 23:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya hərbçiləri Mariupolda xəstələri və tibb işçilərini girov götürüb. Bu barədə Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko bildirib.

Qubernatorun sözlərinə görə, rus qoşunları Mariupolun kənarındakı xəstəxanaya daxil olub: “Ruslar 400 nəfəri xəstəxanada saxlayırlar.

Rusiya qoşunları həkimləri və xəstələri girov götürüb.

Belə xəbəri xəstəxananın əməkdaşlarından biri çatdıra bilib.

Xəstəxanadan çıxmaq mümkün deyil. İki gündür maşınlar xəstəxanaya çata bilmir. Ətrafda hündürmərtəbəli binalar yanır”. (“The Kyiv Independent”)