Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ ÇAĞIRIŞ! Rusiyadan çıxın

TƏCİLİ ÇAĞIRIŞ! Rusiyadan çıxın

DÜNYA

648

06.03.2022, 11:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerika Birləşmiş Ştatları və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Oxu24.com  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Kanada Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında bildirilib.

Xüsusilə də hər iki qurum öz vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edir.

“Rusiya hərbçilərinin Ukraynaya əsassız hücumu, Rusiya təhlükəsizlik rəsmiləri tərəfindən ABŞ vətəndaşlarının təqib edilməsi ehtimalı, səfirliyin Rusiyadakı ABŞ vətəndaşlarına yardım imkanlarının məhdud olması, terrorizm, bu ölkəyə uçuşların məhdudlaşdırılması səbəbindən Rusiya Federasiyasına səfər etməyin”,- ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Kanada Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına müvafiq müraciətlər dərc edib.

“Hazırda Rusiyadasınızsa, kommersiya səyahət imkanları hələ də mövcud olduğu halda dərhal oranı tərk etməlisiniz”, - nazirliyin bəyanatında deyilir.