Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanda güclü zəlzələ baş verib - YENİLƏNİB

Gürcüstanda güclü zəlzələ baş verib - YENİLƏNİB

DÜNYA

472

13.02.2022, 23:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

23:18

Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi yerli vaxtla 22:25-də qeydə alınmış zəlzələ ilə bağlı məlumatı yeniləyib.

Sameba kəndi yaxınlığında qeydə alınmış zəlzələnin gücü 6,2 bal olub. Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib.

23:17

Gürcüstanda 5,4 bal gücündə zəlzələ baş verib.

OXU24.COM Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla 22:25 radələrində qeydə alınıb.

Dağıntı və tələfat haqqında məlumat yoxdu.

Qeyd edək ki, eyni vaxta yeraltı təkanlar Gəncə şəhərində də 3,5 bal gücündə hiss olunub.

Gürcü KİV-lərin məlumatına görə, 5,8 bal gücündə zəlzələnin episentri Tbilisidən 53 kilometr aralıda, Gürcüstanın cənubundakı Sameba kəndi yaxınlığında olub.