Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6452
az

Ohanyanın baldızın öldürdülər - DƏHŞƏTLİ QƏTL+FOTOLAR

11:1626 Oktyabr, 2018
998
DÜNYA
  • A
 Ötən gün İrəvanın Dvidaşens körpüsünün altında cəsədi tapılan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın baldızı Luiza Xaçatryanın öldürüldüyü barədə iddialar səslənməyə başlayıb.

Azvision.az  erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 45 yaşlı qadının intihar həddinə çatdırıldığını bildirib. Belə ki, hadisə yerinə gələn istintaq-əməliyyat qrupu Ohanyanın baldızının cəsədinə baxış keçirərkən çoxsaylı bədən xəsarətləri aşkarlayıb.

Hətta Luiza Xaçatryanın körpüdən itələnərək öldürüldüyü istisna edilmir. Qeyd olunur ki, cəsədin məhkəmə-tibbi ekspertizasından sonra Ohanyanın baldızının intihar etdiyi, yoxsa qətlə yetirildiyi aydınlaşacaq.

Qeyd edək ki, dünən Ermənistan İstintaq Komitəsi sədrinin məsləhətçisi Sona Truzyan ilkin məlumatlara əsasən 45 yaşlı qadının intihar etdiyini bildirmişdi.

Ermənistanın keçmiş müdafiə nazirinin baldızı Luiza Xaçatryan Respublika perinatalogiya, mamalıq və ginekologiya İnstitutunun əməkdaşı və həkim ginekoloq idi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...
Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+