Alman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandı
05 Noyabr 2026, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
537
23.01.2022, 20:21
Çin Rusiya prezidentindən nə xahiş edib?
“Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putindən fevralın 4-də start götürəcək Pekin Olimpiadası zamanı Ukraynaya müdaxilə etməməyi xahiş edə bilərdi”.
Musavat.com xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən “Bloomberg”agentliyi məlumat yayıb.
Pekindəki adını açıqlamayan diplomatın dediyinə görə, Si Cinpin “Putinin ABŞ və Avropa ilə qlobal böhranı yaratmaqla Çinin mühüm tədbirinə kölgə salınmamasını və ölkəsinin münaqişəyə sürükləməməsini istəyir.”
Çin Xarici İşlər Nazirliyi bugünlərdə keçirdiyi brifinqdə Pekinin bu məsələyə verdiyi önəmi vurğulanıb, bütün ölkələr Olimpiya Oyunlarının başlamasına yeddi gün qalmış və yeddi gün sonra sülhə riayətlə bağlı BMT-nin ənənəvi qətnaməsinə əməl etməyə çağırılıb. Qeyd edək ki, Olimpiya Oyunların fevralın 4-dən 20-dək keçiriləcək, bundan sonra isə əlil idmançıların yarışacağı olipmiada start götürəcək.
Digər mənbələri Rusiyanın tam miqyaslı hücuma başlayacağı ehtimalının az olduğunu, lakin bunun əvəzində Rusiya hakimiyyətinin kiberhücumlar da daxil olmaqla Ukraynada sabitliyi pozmaq cəhdlər edəcəyi, fevralın ortalarında Ukraynanın “məhdud işğalına” başlaya biləcəyini iddia edirlər.
Bloomberg həmçinin xatırladıb ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında müharibə Pekində Yay Olimpiya Oyunlarının açılış mərasimi günü, 2014-cü ildə Krımın anneksiyası Putinin Soçidə Qış Olimpiya Oyunlarının bağlanış mərasimini keçirməsindən bir neçə gün sonra başlayıb.
Rusiya televiziyalarının xəbərinə görə isə Çin bu iddiaları rədd edib və Moskvanın Ukraynanın işğalı ilə bağlı heç bir əndişələrinin olmadığını bəyan ediblər.
Putinin adı hallanan daha bir diqqətçəkən hadisə isə Almaniyada baş verib. Belə ki, Almaniya Dəniz Qüvvələri Komandanı Rusiya prezidenti haqda dediyi sözlərə görə istefa verməyə məcbur olub. Söhbət ondan gedir ki, Almaniya Dəniz Qüvvələri Komandanı Kay-Axim Şeybax Hindistanda səfərdə olar ki, Krımın işğalı ilə bağlı danışıb. O deyib ki, Krım daha heç vaxt ukraynanın olmayacağını qəbul etmək lazımdı. O, Rusiya prezidenti Vladimir Putinin Avropanın təhlükəsizliyi və sərhəd narahatlığıa haqq qazandırıb. “Kiməsə hörmət etmək o qədər də baha başa gəlmir, hətta heç nəyə başa gəlmir... Ona həqiqətən tələb etdiyi və yəqin ki, layiq olduğu hörməti göstərmək lazımdır” deyə, Putin haqda söyləyib.
Bundan sonra onun fikri Almaniya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən açıq şəkildə tənqid olunmağa başlayıb və Ukrayna Xarici İşlər Nazirliyi Almaniya departamentlərindən açıq təkzib tələb edib.
Qalmaqal nəticəsində vitse-admiral istefa vermək qərarına gəlib. Şeybax da öz bəyanatını “ehtiyatsızlıq” adlandırıb və əmin edib ki, bu, yalnız onun şəxsi fikridir və Almaniya hakimiyyətinin mövqeyini ifadə etmir. Buna baxmayaraq, Ukraynada Şeybax “qara siyahı”ya salınıb.
Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Şeybaxın istefasını alqışlayıb. Melnik Almaniyanın “Welt” qəzetinə bildirib ki, bu açıqlama Almaniyanın beynəlxalq nüfuzunu və etibarını ciddi şəkildə şübhə altına alırdı. Melnikin sözlərinə görə, sabiq vitse-admiralın Krımla bağlı sözləri “bütün Ukrayna ictimaiyyətini dərin sarsıdıb”.
10:38 / 05 Noyabr 2026
13
10:34 / 05 Noyabr 2026
31
10:20 / 05 Noyabr 2026
55
10:14 / 05 Noyabr 2026
44
10:12 / 05 Noyabr 2026
773
10:02 / 05 Noyabr 2026
59
10:00 / 05 Noyabr 2026
73
10:00 / 05 Noyabr 2026
85
09:53 / 05 Noyabr 2026
68
09:31 / 05 Noyabr 2026
390
09:24 / 05 Noyabr 2026
81
09:14 / 05 Noyabr 2026
99
09:12 / 05 Noyabr 2026
78
09:05 / 05 Noyabr 2026
261
07:00 / 05 Noyabr 2026
168
05:00 / 05 Noyabr 2026
555
03:30 / 05 Noyabr 2026
236
01:05 / 05 Noyabr 2026
250
00:18 / 05 Noyabr 2026
438
00:16 / 05 Noyabr 2026
1828
23:48 / 04 Noyabr 2026
381
23:44 / 04 Noyabr 2026
336
23:40 / 04 Noyabr 2026
271
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.