Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ - Səudiyyə şahzadəsindən Qaşıqçı açıqlaması: İstədiyiniz əsla olmayacaq

2018-10/1540406064_sah.jpg

DÜNYA

1256

24.10.2018, 22:33

 Səudiyyə Ərəbistanı taxtının vəliəhdi şahzadə Məhəmməd bin Salman C.Qaşıqçı cinayəti ilə bağlı açıqlama edib.
Milli.Az xəbər verir ki, Selman "Türkiyə ilə münasibətlərimizi poza bilməyəcəksiniz" deyib. Şahzadənin müraciətinin tam mətni: "Mən burada bütün ortalığı qarışdırmağa çalışanlara səslənmək istəyirəm. Türkiyə ilə münasibətlərimizi poza bilməyəcəksiniz. Salman bin Əbdüləzizin adını ləkələyə bilməyəcəksiniz. Vəliəhdin də adını ləkələyə bilməyəcəksiniz. Türkiyədə bir prezident var - Ərdoğan. Onun adını da kirlədə bilməyəcəksiniz. Sizin istədiyiniz əsla olmayacaq. İki ölkə arasındakı gözəl münasibətləri göstərəcəyik. Bütün dünyaya qatillərin cəzalandırılacağını göstərəcəyik".