Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6389
az

Camal Haşoqqinin başı konsulun evindən tapıldı - ŞOK!

09:5324 Oktyabr, 2018
1624
DÜNYA
  • A
 
Britaniyanın nüfuzlu nəşrlərindən olan "Skynews" İstanbulda vəhşicəsinə öldürülən jurnalistlə bağlı iddia yayıb.

Milli.Az bildirir ki, "Skynews"un İstanbuldakı xüsusi müxbiri Aleks Kraufordin əldə etdiyi məlumata görə, "Washington Post"un köşə yazarı Camal Haşoqqinin bədəninin bəzi hissələri Səudiyyənin İstanbuldakı konsulunun evindədir.

İddialara görə, konsul onun cəsədinin hissələrini konsulluq binasından 500 metr uzaqlıqda yerləşən evinin həyətində gizlədib.


 
Məqalədə Haşoqqinin üzünün tanınmaz hala düşdüyü qeyd olunub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"
Dəhşətli aviaqəzanın günahkarı odur, sağ qalan yoxdur -Tramp AÇIQLADI
İsrail 110 fələstinli məhbusu AZAD ETDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi