Ermənistan bu ölkədən külli miqdarda raket alır
06 Noyabr 2026, 18:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2141
06.01.2022, 14:20
Zaur Məmmədov: “Amerika və Rusiya dünyanı böldüklərini göstərirlər”
Qazaxıstandakı olayları Rusiya tətikləyir və faktiki olaraq, nəticədə Qazaxıstan dövlət müstəqilliyini itirə, Rusiyadan tam asılı duruma düşə bilər. Hazırda dünyanın izlədiyi proseslərin ssenarisi də bu istiqamətə doğru gedir və hər keçən an Qazaxıstan dövlətçiliyinin taleyi üçün ciddi təhlükələr meydana çıxır. Görünən odur ki, Rusiya Qərb dünyasına Ukraynanı göstərib, onu Qazaxıstandan vurdu. Boksda buna “sağ göstərib, sol vurmaq” fəndi deyirlər...
Rusiya Ukrayna ilə sərhədlərə qoşun yığdı, gərginlik yaratdı - amma artıq Rusiya qoşunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları adı altında Qazaxıstandadır. Müstəqil, ağıllı və əsl qazax olan Nursultan Nazarbayevi də bir zərbə ilə iqtidardan uzaqlaşdırdılar. O lideri ki, onun sayəsində son illər Qazaxıstan milli kimliyinə dönüş etmiş, öz dilinə üstünlük verməyə başlamış, latın qrafikasına keçidi tətbiq etmişdi. Həm də o Nazarbayevi devirdilər ki, Azərbaycana bütün platformalarda dəstək verdi, görünən və görünməyən kanallarla yanımızda oldu, türk respublikaları ilə əlaqələri böyütdü, Türk Şurasında aktiv iştirak etdi, Türk Dövlətləri Təşkilatının qurucularından biri oldu. Təbii ki, bu cür davranışlar Moskvanı qıcıqlandırmaya bilməzdi...
Beləliklə, Qazaxıstanın Qərb oriyentasiyası, müstəqil kursu bitirilmək ərəfəsindədir. Rusiya bundan əvvəl Belarusu bu duruma salıb, onu "ittifaq müqaviləsi"nə imza atmaq məcburiyyətində qoymuş, bununla rəsmi Minski özünə möhtac duruma düşürərək, daxildən iğtişaşları tətikləyərək, bu ölkənin prezidenti Aleksandr Lukaşenkonu ittifaq dövləti müqaviləsinə məcbur etmişdi. Görünən odur ki, yeni hədəf və ittifaq müqaviləsinə imza atacaq növbəti dövlət Qazaxıstan, onun lideri Qasım-Comərd Tokayev olacaq. Qazaxıstandakı olaylar, heç şübhəsiz və birmənalı olaraq, Rusiya ssenarisidir.
Əslində bu barədə yaxın keçmişdə azərbaycanlı politoloqlar da xəbərdarlıq etmiş, təhlillər vermişdilər. Onlardan biri də politoloq Zaur Məmmədovdur.
O, düz bir il öncənin bu günlərində Amerikada prezident seçkilərində qalib gələn Co Baydenin andiçməsi ilə bağlı qəzetimizə açıqlama vermişdi. Sanki politoloq bu gün postsovet məkanında baş verənləri öncədən görərək, Amerikanın ozamankı dünya siyasətindəki passivliyindən çıxış edərək, bunları demişdi: “ABŞ-ın passiv və aktivliyi yaxın zamanlarda Rusiyanın Qazaxıstan və Belarus istiqamətində demarşlarında özünü göstərəcək. Biz bu gün Belarus və Qazaxıstandakı hadisələri də diqqətlə izləməliyik. Başa düşməliyik ki, geosiyasi rəqabət Moskva və Vaşinqton arasında bu bölgə torpaqlarının bölüşdürülməsi ilə nəticələnə bilər”.
Z.Məmmədov dediklərinin təsdiqləndiyi bu gün də “Yeni Müsavat”a növbəti açıqlamasını verib. O bildirib ki, kimlər düşünür ki, Qərb və Rusiya arasında doğrudan da çox böyük ziddiyyət var və onlar müharibə astanasındadırlar, yanlışlıq edirlər:
“Amerika və Rusiya dünyanı necə ki, II Dünya müharibəsindən sonra bölərək idarə edirdilər, bu gün də həmin idarəçilik davam etməkdədir. Ən böyük yanlışlar o dövlətlərin üzərinə düşür ki, onlar vaxtilə Rusiyanın ətrafında yerləşərək, çox böyük səhvlər etdilər. Həmin səhvlər çox təəssüflər olsun ki, o dövlətlərin torpaqlarının bir hissəsini itirməsi və digər amillərlə nəticələndi. Əlbəttə, bu gün bizim üçün əsas amillərdən biri yaxın ətrafımızda baş verənlərə düzgün qiymət verilməsidir. Rusların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında məhz Tokayevin imzası ilə Qazaxıstana daxil olması bir növ Suriya, Belarusdakı proseslərin davamıdır. Bu proseslər fonunda Avropa İttifaqı və ABŞ hələ də KTMT-nin Qazaxıstana daxil olması ilə bağlı susqunluq nümayiş etdirirsə-yəqin ki, bir azdan bu məsələlərə publika xatirinə müəyyən reaksiya göstərəcəklər-əslində bununla Amerika və Rusiya dünyanı böldüklərini göstərirlər. Bir sözlə, MDB məkanı Vaşinqtonda əyləşən müəyyən dairələr tərəfindən Rusiyanın maraq dairəsinə verilib. Ona görə də, bu kimi məsələlərə baxarkən heç də düşünməyək ki, Rusiya Qərbi Ukrayna sərhədlərinə ordu yığaraq manevr etdi və daha sonra heç kimin gözləmədiyi halda Qazaxıstan istiqamətində hücum etdi, bu belə deyil. Görünən odur ki, Vaşinqton və Moskva bundan sonra da “parçala, hökmranlıq et” prinsipi ilə yaxın ətrafındakı dövlətlərlə öz siyasətlərini qurmuş olacaqlar”.
Politoloq fikirlərində Nazarbayev faktoruna xüsusi yer ayırdı: “Çox təəssüflər olsun ki, biz Qazaxıstandakı proseslərdə bu ölkə üçün çox böyük lider olan, ümumiyyətlə, MDB məkanında çox vacib liderlərdən sayılan, qazax xalqı üçün çox böyük xidmətlər göstərən Nazarbayevin bu şəkildə ölkəsindən yola salındığını gördük. Amma məndə ehtimal var ki, Nazarbayev baş verənlərdən xəbərdar idi. Ümumiyyətlə, həm Tokayevin, həm də Nazarbayevin baş verənlər qarşısında manevr etmək imkanları əllərindən alındı. Bundan sonra qazax xalqına, dövlətinə inkişaf, dövlətçiliklərini qorumağı arzu edirik. Qazaxıstanda dövlətçiliyin qorunması Cənubi Qafqaz üçün də çox vacib şərtlərdən biridir. Bu ölkədə dövlətçiliyin yıxılmasına imkan vermək olmaz. Bundan sonrakı proseslər çox diqqətlə izlənilməlidir”.
20:19 / 06 Noyabr 2026
99
20:12 / 06 Noyabr 2026
21
19:48 / 06 Noyabr 2026
63
19:37 / 06 Noyabr 2026
100
19:37 / 06 Noyabr 2026
77
19:07 / 06 Noyabr 2026
294
18:43 / 06 Noyabr 2026
128
18:33 / 06 Noyabr 2026
130
18:27 / 06 Noyabr 2026
946
18:24 / 06 Noyabr 2026
111
18:13 / 06 Noyabr 2026
129
17:55 / 06 Noyabr 2026
129
17:46 / 06 Noyabr 2026
122
17:42 / 06 Noyabr 2026
470
17:29 / 06 Noyabr 2026
135
17:24 / 06 Noyabr 2026
979
17:13 / 06 Noyabr 2026
126
16:54 / 06 Noyabr 2026
146
16:44 / 06 Noyabr 2026
142
16:36 / 06 Noyabr 2026
157
16:22 / 06 Noyabr 2026
136
16:17 / 06 Noyabr 2026
165
16:02 / 06 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.