Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK! Əsgər hərbi hissədən qaçıb,insanları girov götürdü +VİDEO

2018-10/1540200969_51bafdf8-68ee-4e56-8b9a-c997ca4fe4f8.jpg

DÜNYA

2156

22.10.2018, 13:39

 Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb.
Oxu24.com  “NTV” televiziyasına istinadən xəbər verir ki, fərari hərbçi qaçan zaman özü ilə “G3” markalı tüfəngini də götürüb. Hələlik kimliyi açıqlanmayan hərbçi daha sonra ticarət mərkəzinə basqın edərək orada işləyənləri girov götürüb. Ticarət mərkəzinə giriş-çıxış bağlanıb. Hadisə yerinə çox sayda polis, jandarma qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Təhlükəsizlik qüvvələri girovları azad etməsi və təslim olması üçün silahlı hərbçi ilə danışıqlar aparırlar. Hadisənin səbəbi məlum deyil. Türkiyənin Qaziantep şəhərində ticarət mərkəzinə girən fərari əsgər girovları sərbəst buraxıb, özü isə təslim olub.Hadisə ilə bağlı əməliyyat yarım saat çəkib. Fərari əsgər hüquq-mühafizə orqanlarına aparılıb.