Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6330
az

Qaşıqçını öldürən şəxs qətldən sonra Vaşinqtonda kimə zəng etdi? - ŞOK - FOTO/VİDEO

11:2722 Oktyabr, 2018
901
DÜNYA
  • A
[hide][/hide]Qaşıqçı cinayətində sui-qəsd planının başında gələn ilk şübhəli Maher Əbdüləziz Mutreb jurnalist Camal Qaşıqçını öldürdükdən sonra 4 dəfə vəliəhd şahzadə Məhəmməd bin Salmanın ofis müdürünə zəng edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəng etdiyi şəxsin isə şahzadənin ofis müdiri Bədr əl Asakir olduğu məlum olub. Asakir vəliəhd şahzadənin "qara qutusu" kimi tanınır.


Səudiyyə Ərəbistanı israrla Qaşıqçı cinayətini boynundan atmağa çalışsa da, bütün dəlillər birbaşa vəliəhd Şahzadə Məhəmməd ibn Salmana çıxır. Maher Əbdüləziz Mutrebin cinayətdən sonra israrla 4 dəfə Asakiri yığmasından başqa, ABŞ-da bir nömrə ilə də əlaqə saxladığı müəyyən edilib.
İlkin ehtimallara görə, zəng edilən nömrə vəliəhd şahzadə Məhəmməd ibn Salmanın ABŞ-da Səudiyyə Ərəbistanının Baş Konsulluğunda səfir olan qardaşı Xalid bin Salmana məxsusdur. Qaşıqçı cinayətindən sonra Xalid ibn Salman Vaşinqtonu tərk edərək Riyada qayıdıb. Onun geri qayıtmasının 2 səbəbi var: ya onu ABŞ tərəfi göndərib, ya da vəliəhd şahzadə özü geri çağırıb.

Xatırladaq ki, oktyabrın 20-də Qaşıqçı cinayətini etiraf edən Səudiyyə Ərəbistanı onun meyitinin harada olduğundan məlumatsız olduğunu deyib.

Səudiyyəli jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra onun haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb və öldürüldüyü iddia edilirdi


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinin Azərbaycana səfəri başladı -FOTO/VİDEO
Polis insanlara atəş açdı: Ölənlər var - FOTO
Ermənistana girişi qadağan edilən Zatulindən açıqlama - “Bu təhqirdir”

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı