Türkiyənin Kocaeli bölgəsində yol kənarında oynayan uşaqlar torpağın altından yeni doğulmuş körpə cəsədi tapıb.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparan yerli polis əməkdaşları körpənin anasını şübhəli qismində saxlayıb. Dindirmə zamanı ana 1 ay əvvəl dünyaya gətirdiyi körpəsini torpağa basdırdığını etiraf edib.
Cinayət hadisəsinin üstü təsadüfən açılıb. Yol kənarında oynayan uşaqlar torpağı qazarkən paketə bükülmüş körpənin cansız bədəni ilə qarşılaşıblar. Bu barədə ailələrinə xəbər veriblər. Polis çağırılıb. Cəsədin təxminən 1 ay əvvəl basdırıldığını təsdiqləyən polis bezin üstündə yazılan xəstəxananın adı sayəsində araşdırmaya başlayıb və uşağın suriyalı anasını tapıb.
Araşdırma davam edir. Oxu24.com
ŞƏRHLƏR