Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6303
az

Jurnalist niyə Türkiyədə şaqqalanaraq öldürülüb? - Arqumentlər

19:0820 Oktyabr, 2018
902
DÜNYA
  • A
Yazının məqsədi əsla Camal Haşoqqini öldürənlərə haqq vermək deyil. Məqsəd, sadəcə, onun xarakteristikası barədə ətraflı məlumatlandırmaqdır. O, mediada "islahatçı", "demokratiya müdafiəçisi" kimi təqdim olunur. Amma bunlar Haşoqqinin oynadığı siyası rolun qaranlıq hissəsinin qismən doğru tərəfləridir.

Hər şeydən əvvəl, Haşoqqi krallığın sirlərini bilən biri idi. O, kral ailəsinin vəliəhd şahzadə Məhəmməd ibn Salman tərəfindən tutdurulan nüfuzlu nümayəndəsinin yaxın dostu olub.

Haşoqqi "kirayə götürülmüş" yazar deyildi. O, xüsusi baxış bucağını təmsil edən biri və islamçı idi. Onun ciddi məsələlərlə bağlı fikirlərində "Müsəlman qardaşlar" dini-siyasi təşkilatının izləri sezilirdi.

Məsələn, ötən ilin sentyabr ayındakı yazısında, o, kralın apardığı siyasətə narazılığını bildirmişdi.

"Səudiyyə Ərəbistanı siyasi islamın ana və atasıdır. Amma bu gün Səudiyyə bu ənənədən imtina edib və siyasi islama qarşı mübarizə aparır. Bu səbəbdən də "kompas"ını itirib".

ABŞ mətbuatında türkofil (türkçü, türkpərəst) kimi qələmə verilən Haşoqqi ümid edirdi ki, vəliəhd şahzadə ərəb ölkələrindəki "Müsəlman qardaşlığı" dəstəkləyən Rəcəb Tayyib Ərdoğan kimi siyasət yeridəcək. O, Ər-Riyadla Türkiyənin böyük müttəfiq olmasını istəyirdi.

Haşoqqi Suriyanın müxalif yönümlü televiziyasına müsahibəsində də, başqa yazılarında da Türkiyə siyasətini uğurlu hesab etdiyini Səudiyyə Ərəbistanı ilə müttəfiq olmağın müsbət nəticələnəcəyini bildirmişdi.

"Afrin əməliyyatı çox uğurlu və qüsursuz idi, dağıntılar olmadı.Ən əsası da odur ki, Türkiyə terrorçulardan azad etdiyi əraziləri suriyalılara verdi".

Səudiyyə Ərəbistanının Suriya məsələsi ilə bağlı etdiyi səhvlərdən danışan Haşoqqi bildirib ki, Səudiyyə türklərlə birləşməlidir.

"Səudiyyə Suriyadakı inqilabı dəstəkləməli və Türkiyə ilə müttəfiq olmalıdır".

Haşoqqi də Ərdoğan kimi Misirdəki Sisi rejiminə düşmən kimi baxır və Səudiyyənin İsraillə yaxınlaşmasından narazı idi.

O, eləcə də, Qətərlə də münasibətlərin yaxşı olmasının tərəfdarıydı. Lakin Məhəmməd ibn Salmana görə Qətər Səudiyyənin düşmənidir. Hətta o, ötən il dövlətlər arası münasibəti kəsdikdə Qətəri müxalif qüvvələrə dəstək olmaqda, media vasitəsi ilə kralı gözdən salmağa çalışmaqda, eləcə də sui-qəsdlərdə günahlandırıb.

Məhəmməd ibn Salmanın fikrincə, Haşoqqi onun hakimiyyətinə üçtərəfli təhlükəni simvollaşdırırdı: Müsəlman qardaşlığı, Türkiyə, Qətər münasibətləri və etibarını itirmiş şahzadə...

Haşoqqi ABŞ-a köçdükdən sonra şahzadə onu Səudiyyə Ərəbistanı ilə ABŞ-ın xarici siyasətdə dostluğunu zəiflətmək istəyən ünsür kimi də görməyə başladı.

Camal "The Washington Post"da krallığın əleyhinə yazılar yazırdı. O, son yazılarının birində Yəmən müharibəsini tamamilə uğursuzluq kimi qiymətləndirərək onu dayandırmağa səsləmişdi. O, Səudiyyəni müsəlmanlar arasında fərq qoymadan onları qətlə yetirən, sülh razılığına gəməyən, inadçı ölkə kimi qələmə vermişdi.

Şahzadəni müsəlman qatili kimi qələmə vermək onun üçün ciddi zərbə idi. Bu dolayı yolla onun islamla bağlı olaraq legitimliyinin azalmasına gətirib çıxarırdı.

Haşoqqi özünü amerikalı dostlarına təqdim edərkən özünü kimi deyil, əksinə islahatçı, yenilikçi kimi göstərirdi. O, Trampın Səudiyyə yönümlü və anti-İran siyasətini fəlakət adlandıran Obamanın rəsmiləri ilə taktiki münasibət qurmuşdu.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır