Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6190
az

İsrail tarixində yeganə Olimpiya çempionu qızıl medalını satır

09:2917 Oktyabr, 2018
888
DÜNYA
  • A
 İsrailin tarixində yeganə Olimpiya çempionu olan Qal Fridman qızıl medalını satmaq barədə düşünür.

TASS xəbər verir ki, Fridman qazandığı medalı İsraildə hərraca çıxarmaq üçün ona kömək edəcək mütəxəssis axtardığını “Facebook” səhifəsində yazıb. O, şərhlərə cavabında bu medalın Olimpiya qızılı olduğunu qeyd edib.

Çərşənbə axşamı “Ualla!” informasiya portalına verdiyi müsahibədə idmançı bildirib ki, o, yalnız Olimpiadanın qızıl medalının qiymətini bilmək istəyir. “Mənə pul lazımdır və hesab edirəm ki, medal lazım olan məbləğə satılacaq”.

İsrail milli komandası ilk dəfə 2004-cü ildə Afinada Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Fridman olimpiadada yelkənli qayıq yarışında birinci yeri tutub. O, 1996-cı il Atlanta Olimpiya Oyunlarında bürünc medala layiq görülüb. İsrailin yeganə Olimpiya çempionu 43 yaşlı Fridman 2008-ci ildə idman karyerasını bitirsə də məşqlərə davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir
Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi