İran XİN 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib
09 Noyabr 2026, 13:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
518
29.11.2021, 20:20
44 günlük müharibədən sonra ekspertlər Ermənistandan mühacirətin artacağını proqnozlaşdırırdılar. Bu, 2021-ci ilin fevralında Rusiya Ermənistanla hava sərhədini bir ay müddətinə açan zaman yaranan ajiotajla təsdiqləndi. Adi vaxtlarda 70-90 min dram (140-180 dollar) olan biletlərin qiyməti 300-400 min drama (620-830 dollar) qədər qalxdı. Buna baxmayaraq, fevral ayında "Zvartnots" hava limanı Rusiyaya gedənlərlə dolu idi.
OXU24.COM axar.az-a istinadən xəbər verir ki, bunu "Sputnik Ermənistan"ın əməkdaşı Janna Poqosyan yazıb.
"Digər aylarda da miqrasiya tendensiyası davam etdi və təkcə hava limanında deyil, həm də Şengen ölkələrinə və ABŞ-a getmək üçün sənədlər hazırlayan viza mərkəzlərinin önündə növbələr var idi. Hətta bəzi ölkələrin səfirlikləri, məsələn, Yunanıstan Ermənistan vətəndaşları üçün uzunmüddətli viza almaq prosesini asanlaşdırdılar. Əgər koronavirus pandemiyasından əvvəl 15 iş günü ərzində viza verilirdisə, indi Yunanıstan səfirliyi cəmi 2-3 iş günü ərzində viza verə bilər", - Poqosyan qeyd edib.
Müəllif yazır ki, bu ilin son 9 ayında Ermənistanı 103 min nəfər tərk edib və geri qayıtmayıb. 2017-ci ilin ilk 9 ayında Ermənistanı 75 min nəfər, 2018-ci ildə 42 min, 2019-cu ildə isə 36 min nəfər tərk etmişdi:
"Rəqəmlər onu göstərir ki, inqilabdan sonra miqrasiya faizi azalmışdı. Amma indi mənzərə başqadır və bunu birmənalı demək mümkün deyil. Səbəb inqilabdan gözləntilərin özünü doğrultmamasıdırmı, müharibə və ya müharibədən sonrakı xaosla bağlıdırmı? İrəvanın "Zvartnots" hava limanında Rusiya istiqamətləri hələ də doludur. İnsanların sadəcə işləməyə getmədiyini güman etmək olar. Müstəqillikdən sonra 30 il ərzində (1991-2020) Ermənistana köçənlərin sayı ilə ölkədən gedənlərin sayı arasındakı fərq mənfi 1 milyon 250 min nəfərdir".
13:44 / 09 Noyabr 2026
57
13:21 / 09 Noyabr 2026
57
13:11 / 09 Noyabr 2026
108
12:57 / 09 Noyabr 2026
763
12:55 / 09 Noyabr 2026
87
12:40 / 09 Noyabr 2026
181
12:27 / 09 Noyabr 2026
118
12:15 / 09 Noyabr 2026
283
12:03 / 09 Noyabr 2026
1031
11:56 / 09 Noyabr 2026
120
11:56 / 09 Noyabr 2026
159
11:43 / 09 Noyabr 2026
124
11:37 / 09 Noyabr 2026
269
11:34 / 09 Noyabr 2026
116
11:30 / 09 Noyabr 2026
110
11:22 / 09 Noyabr 2026
116
11:09 / 09 Noyabr 2026
379
11:05 / 09 Noyabr 2026
171
10:55 / 09 Noyabr 2026
231
10:51 / 09 Noyabr 2026
446
10:44 / 09 Noyabr 2026
205
10:38 / 09 Noyabr 2026
269
10:30 / 09 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.