Qaynar xətt:

(+99450) 247 90 86

Həbib Nurməhəmmədov 2 milyon dolları almadı, yazdı: Sən əsl kişisən! - FOTO

2018-10/1539436316_hebib.jpg

DÜNYA

1372

13.10.2018, 17:15

\"\" \"50 Cent\" kimi tanınan məşhur amerikalı reper Körtis Cekson hesab edir ki, Konor MakQreqor üzərində qələbəyə görə mükafat olan 10 milyon dolları UFC-nin Həbib Nurməhəmmədova hələ də verməməsi ədalətsizlikdir.
\"50 Cent\" Twitter akkauntunda yazıb:   \"UFC-nin Həbiblə davranışı düz deyil, çünki onlar Konorla belə davranmırlar. Əgər Həbib mənim üçün \"Bellator\"da döyüşsə, 2 milyon dollar nağd ödəyirəm. UFC bu işdə yeganə oyunçu deyil. Müqavilə ilə bağlı məsələni həll edərik. Zübeyri də götürərik\". Həbib Nurməhəmmədov isə reperə belə cavab verib: \"Əsl kişilərin harada böyüdüklərini görmək istəyirsənsə - səni Dağıstana dəvət edirəm. ABŞ-a gələndə sənə xəbər edəcəyəm. Dəstəyə görə sağ ol, sən əsl kişisən!\" Oktyabrın 6-da Nurməhəmmədov irlandiyalı Konor MakQreqoru UFC çempionu titulu uğrunda döyüşün 4-cü raundunda məğlub edib. Lakin NSAC hələ də dağıstanlı döyüşçünün qonorarırı ödəməyib. Həbib Nurməhəmmədov UFC-yə ultimatum yollayaraq bildirib ki, əgər MakQreqorla döyüşdən sonrakı davaya görə onun dostu və sparrinq-tərəfdaşı Zübeyr Tuhuqov təşkilatdan kənarlaşdırılarsa, o da UFC-ni tərk edəcək.  \"\" \"\"