Müəllim, eyni zamanda da model və müğənni kimi fəaliyyət göstərən qadın azyaşlı ilə cinsi əlaqədə olduğuna görə saxlanılıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 31 yaşlı müəllim 10 yaşlı şagirdi ilə intim əlaqədə olduğuna görə həbs olunub.
Kanadada polisə evli müəllim ilə şagirdin cinsi əlaqədə olması ilə bağlı şikayət daxil olub.
Şikayətdə bildirilir ki, Ontarioda "Da Vinci Public School"da 31 yaşlı müəllim Kristal Vilson (Krystal Wilson) 10 yaşlı şagirdi ilə əxlaqsızlıq edib. O, saxlanılıb və polisə ifadə verib.
Kristal 5000 dollar ödəməklə azadlığa buraxıla bilər.
Həm müəllim, həm radioda aparıcı işləyən, modellik fəaliyyəti ilə də məşğul olan Kristalın həmçinin gözəl səsi var və o, müğənnilik də edib. Onun "Krystal Voice" adı altında xeyli ifaları var. O, bir müddət əvvəl saytlardan birinə müsahibəsi zamanı bildirib ki, 4 yaşından bəri musiqiyə həvəsi var.
Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.
Oxu24.com
ŞƏRHLƏR