ABŞ böyük qüvvə ilə gəlir -ŞOK
20 Mart 2026, 23:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1414
12.10.2018, 14:08
ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruyan Həbib Nurməhəmmədov günlərdir mətbuatın əsas mövzusudur.
Daniel Kormenin ailə həyatı da maraqlıdır.
Danielin bir bacısı və qardaşı var.Atası 1986-cı ildə Daniel hələ 7 yaşında olarkən arvadı tərəfindən güllələnərək öldürülür. Bu hadisə balaca Danelə pis təsir etdiyindən uzun müddət ətraf mühitdən kənarlaşır. Yaşadıqları bağda gərgin məşqlərə başlayır.O, idmanın qaydasız döyüş yolunu seçir.Yerli yarışlarda bir sıra qələbələr qazanan idmançının ən böyük arzusu Olimpiyadada iştirak etmək idi.Gərgin məşqlər zamanı Daniel həyatın daha bir acı surprizi ilə qarşılaşır.Belə ki, Danielin sevimli qızı Keyden avtomobil qəzasında dünyasını dəyişir. Bu hadisədən sonra böyük sarsıntı keçirən Daniel yarışa getməkdən imtina etmək istəsə də, federasiya buna icazə vermir. Hadisəni törədən şəxslər isə Danielin öz yaxın dostları idi. Bu ona əlavə dərd gətirmişdi. Bu günə qədər dünyanın ən güclüsü hesab edilən döyüşçü əziz qızını itirməklə barışa bilmir.Bu gün Danieli qızı ilə bağlı təsəlli verəcək qəribə bir hal var.O, ən çətin vaxtlarında Xizer Xedlinin " I wish I wasnot" mahnısını dinləyəndə sakitlik tapır.Bunun da maraqlı tarixçəsi var. Qəzada ölən qızı hələ uşaq ikən ağlayan zaman Daniel bu mahnını qoyarkən balaca qız ağlamağı unudar və gülümsəyərdi. Bunun səbəbini isə heç kəs bilməzdi...
Daniel müsahibələrinin birində bu tarixçə ilə bağlı "qızım ağlayan zaman onu sakitləşdirən mahnı bu gün məni ağlamaqdan xilas edir", fikirlərini söyləyir.
Daniel ağır depresiyadan sonra Olimpiyadaya yollanır. O, həmin illərdə sərbəst güləş üzrə döyüşürdü. Daniel finala qədər yüksəlsə də, finalda Hacımurat Qaçalov qızıl medalı qazanır. 2008-ci ilin Olimpiya Oyunlarında da o arzusuna çata bilmir. Buna baxmayaraq həyat davam edirdi.Danielin qarşısına qoyduğu əsas məsələ Olimpiyadada qızıl medalı qazanmaq idi. Amma o arzusuna çata bilməyəcəkdi. Çünki aldığı zədə ciddi idi. Bu səbəbdən də O, sərbəst güləşdən getməli olur. Bir müddət Daniel işsiz qalır.
Həmçinin oxuyun
Güləşdən qaydasız döyüşə...
Onun qaydasız döyüşə gəlməsində dostu "Kinq Mo" ləqəbli dostu Məhəmmədin böyük rolu olub.Amma böyük yarışlara qatılmaq üçün Danielə maliyyə lazım idi. Buna isə onun imkanı çatmırdı.Böyük maliyyə problemləri olmasına baxmayaraq Daniel 2009-cu ildən yarışlara qoşuldu. O, ilk döyüşdə Qeyri Freyzeri nakauta salmaqla ilk qələbəsini qazandı. Daha sonra o ağır çəkidə çempionluq üçün döyüşə çıxır. 2011-ci ildə heç kəsin gözləmədiyi halda o rəqibini nakauta salaraq qalib olur. Bununla da dünyada Daniel əfsanəsi dövrü başlayır.Sonraki illərdə bir sıra yarışların qalibi olmaqla ilk pillələrə qədər yüksəlir.
2017-ci ilin iyulunda Danielin həyatında mühüm döyüş olur.O, nüfuzlu Consla qarşılaşmalı idi. Amma bu döyüş baş tutmur. Rəqibin qanında tapılan dopinq kəmərin Danielin əlində qalmasına şərait yaradır.
Danielin adını daşıyan oğlu və MARAQLI HADİSƏ...
2011-ci ildə Danielin Salina ilə münasibətdən oğlu dünyaya gəlir.Uşağın xəstəxanadan çıxarıldığı gün güclü yağış yağır. Bu hadisə onu bərk əsəbləşdirir.Çünki qəzada ölən qızı Keydeni də xəstəxanadan çıxaran gün belə güclü yağış yağmışdı. Daniel təsadüfi hadisədən çox sarsılmışdı.Elə bu zaman radioda gözlənilmədən onun qəzada ölən qızının sevdiyi “I Wish I Wasn’t” mahnısı sələnir. Hər şey təsadüf idi...
Bu cür çətin həyata baxmayaraq Daniel Korme dünya reytinqində birincliyi qoruyur və əfsanə olaraq qalır.
23:32 / 20 Mart 2026
1
23:21 / 20 Mart 2026
20
23:14 / 20 Mart 2026
25
23:06 / 20 Mart 2026
54
23:05 / 20 Mart 2026
26
22:58 / 20 Mart 2026
247
22:52 / 20 Mart 2026
43
22:42 / 20 Mart 2026
145
22:20 / 20 Mart 2026
4758
21:59 / 20 Mart 2026
356
21:47 / 20 Mart 2026
70
21:39 / 20 Mart 2026
228
21:29 / 20 Mart 2026
505
21:22 / 20 Mart 2026
157
21:20 / 20 Mart 2026
1077
21:09 / 20 Mart 2026
180
20:56 / 20 Mart 2026
1204
20:56 / 20 Mart 2026
251
20:39 / 20 Mart 2026
1539
20:30 / 20 Mart 2026
82
20:21 / 20 Mart 2026
61
20:14 / 20 Mart 2026
165
20:12 / 20 Mart 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.