Qaynar xətt:

(+99450) 247 90 86

2798 ölü, 5252 yaralı - Dəhşətli statistika

2018-10/1539192082_ef.jpg

DÜNYA

899

10.10.2018, 21:21

\"\"  Bu ilin 9 ayı ərzində Əfqanıstandakı döyüşlər və terror hücumları nəticəsində 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb.
 Oxu24.com xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) illik hesabatında bildirilib. Sənəddə vurğulanıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yaralananlar 3 faiz azalsa da, ölənlərin sayı 5 faiz artıb. Hesabatda dinc sakinlər arasında tələfatın başlıca səbəbləri kimi əldəqayırma partladıcı qurğular və terror aksiyaları (1015 nəfər ölüb – 45 faiz), silahlı toqquşmalar (605 nəfər ölüb – 39 faiz), dinc sakinlərin qəsdən qətlə yetirilməsi (439 nəfər ölüb – 8 faiz) göstərilib. Bununla yanaşı, hökumət və hökumətyönlü hərbi qüvvələrin hava və axtarış əməliyyatları (8 faiz), partlamamış sursatlar (4 faiz), qarşıdakı seçkilərlə bağlı terror hücumları da dinc əhali arasında xeyli tələfata səbəb olub.