Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli hadisə: Təyyarə evlərə düşdü: Ölənlər var

Dəhşətli hadisə: Təyyarə evlərə düşdü: Ölənlər var

DÜNYA

1283

12.10.2021, 08:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Kaliforniya ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayaraq məktəb düşərgəsindəki yaşayış binalarının üzərinə düşüb.

Oxu24.com  “NBC” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, hələlik ölənlərin kimliyi müəyyən edilməyib.

ABŞ Federal Aviasiya Administrasiyasının sözçüsü də öz növbəsində təyyarədə olanların sayının dəqiqləşdirildiyini bildirib.

Qəza nəticəsində iki binada yanğın baş verib. Düşərgədəki bütün şagirdlərin təhlükəsiz yerə təxliyə edildiyi bildirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.