Qaynar xətt:

(+99450) 247 90 86

Cavid Hacıyevi Kiyevə qonaq çağırıb qəddarcasına öldürən ƏLİ ABDULLAYEV kimdir? - ŞOK TƏFƏRRÜAT

Cavid Hacıyevi Kiyevə qonaq çağırıb qəddarcasına öldürən ƏLİ ABDULLAYEV kimdir? - ŞOK TƏFƏRRÜAT

DÜNYA

775

10.10.2021, 19:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İki il öncə Ukraynada xüsusi qəddarlıqla qətlə yetirilən, tanınmış rəqqas və xoreoqraf,  İqtisad Universitetinin magistrantı Cavid Hacıyevin qətlində şübhəli bilinən  şəxs interpol xətti ilə axtarışa verilsə də, bu günə kimi istintaqdan qaçıb gizlənməyə müvəffəq olub.

Oxu24.com Virtualaz.org-a istinadən xəbər verir ki, 22 yaşlı Cavid Hacıyev 2019-cu ilin oktyabrında Kiyev şəhəri Çiqorin küçəsi, ev 49, mənzil 64-də qətlə yetirilib. Keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən Ukraynaya qonaq çağırılan Cavid onun kirayə yaşadığı mənzildə qəddarcasına öldürülüb.  Mərhumun meyiti qətldən üç gün sonra aşkarlanıb. Qonşular evdən pis qoxu gəlməsi barədə hüquq-mühafizə orqanlarına şikayət edib, mənzilin qapısı sındırılıb, evdən üzərində çoxsaylı bıçaq xəsarətləri olan cəsəd tapılıb. Faktla bağlı Ukrayna prokurorluğunda cinayət işi başlanılıb.

Cavidin qətlində şübhəli bilinən Əli Abdullayev barəsində axtarış elan olunub. İstintaq araşdırmaları zamanı məlum olub ki, həmin mənzil qətldən bir neçə gün öncə Ə.Abdullayev tərəfindən kirayə götürülüb, sonuncu özü isə oktyabrın 7-də avtomobillə Ukrayna sərhəddini keçərək Moldovaya daxil olub.