Kanadanın baş naziri Castin Trudo 11 oktyabrda Ermənistanda keçiriləcək beynəlxalq bir tədbir üçün İrəvana səfər edəcək.
Femida.az xəbər verir ki, rəngli corabları ilə məşhur olan 46 yaşlı baş nazirə ermənilər tərəfindən sürpriz hazırlanır.
Belə ki, Ermənistanın yerli şirkətlərindən biri ona üzərində Ermənistan bayrağı olan corab hədiyyə etməyi planlaşdırır. Kanadanın baş naziri ilə yanaşı bu corablardan Ermənistanın baş naziri Nikol Paşinyana da təqdim ediləcək.
Qeyd edək ki, C.Trudo rəsmi tədbirlərdə, bir çox siyasi zirvələrdə geyindiyi rəngarəng və bir-birindənm fərqlənən corablarla tanınır. Son olaraq o, 2018-ci ilin yanvarında Davos Dünya İqtisadi Forumunda Trudeau bənövşəyi və sarı ördək naxışlı corablarla mətbuatın diqqət mərkəzinə düşmüşdü.
Oxu24.com
ŞƏRHLƏR