Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5840
az

“İnterpol”un prezidenti oğurlandı - ŞOK XƏBƏR

17:0005 Oktyabr, 2018
836
DÜNYA
  • A
 Çin hökumətinin keçmiş ictimai təhlükəsizlik naziri, “İnterpol”un (Beynəlxalq Cinayət Polisi İdarəsi ) prezidenti Menq Hunvey artıq bir həftədir itkin düşüb.

AzVision.az “İndependent”ə istinadən xəbər verir ki, 29 sentyabrda öz doğma vətəni Çinə səyahət edən 64 yaşlı Hunveydən indiyədək heç bir xəbər yoxdur.
Fransanın Lion şəhərində xanımı və övladları ilə birgə yaşayan Hunveyin yoxa çıxması ilə bağlı onun ailə üzvləri məlumat veriblər. Bildiriblər ki, artıq bir həftədir Hunveylə əlaqə itib və onun harada olduğunu müəyyənləşdirə bilmirlər.

Ailə üzvlərinin müraciətindən sonra Fransa polisi “İnterpol” prezidentinin itkin düşməsi ilə əlaqədar istintaq başladıb. Lakin “İnterpol”un özündən məsələ ilə bağlı hələlik şərh verilməyib.

Qeyd edək ki, Hunvey 2016-cı ilin noyabrında 4 il müddətinə “İnterpol”un prezidenti seçilib. Onun bu posta gəlməsi Pekinin siyasi rəqiblərinə qarşı hücumları artırmaq üçün “İnterpol”dan potensial vasitə kimi istifadə edəcəyi ehtimallarını artırıb. Çünki Çin rəhbəri Si Tsinpin ölkədə 4 illik anti-korrupsiya kampaniyasına start verərək, Çindən xaricə qaçan keçmiş hökumət rəsmiləri və digər şübhəlilərin geri qaytarılmasına çalışır. Artıq 2014-cü ildən bəri Pekinin “İnterpol” xətti ilə axtarışa verdiyi 100 ən şübhəli cinayətkardan 1/3-i Çinə ekstradisiya olunub.

“İnterpol” prezidentinin müəmmalı şəkildə bu qədər uzun müddətə yoxa çıxmasına dair müxtəlif versiyalar səslənməkdədir. İstisna edilmir ki, Pekinin "daxildəki" rəqibləri Hunveyin Çinə səfərindən istifadə edərək, ona qarşı sui-qəsdə cəhd ediblər. Bununla da, rəsmi Pekinin əl-qolunu bağlamağa çalışıblar. Digər versiyalara görə isə, Hunvey məxfi əməliyyatla bağlı gözə görünmür, yaxud da, hansısa böyük cinayətkarın “İnterpol” tərəfindən sərbəst buraxılmasına nail omaq məqsədilə Hunvey müəyyən qüvvələr tərəfindən girov götürülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...
ABŞ-də ticarət mərkəzində atışma: 4 nəfər öldü
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ