Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Batmanda terrorçuların hücumu nəticəsində 7 əsgərin şəhid olmasından danışıb.
Oxu24.com “Posta”ya istinadən xəbər verir ki, Ərdoğan şəhidlərin qanının yerdə qalmayacağını bildirib.
“Şəhidlərimizin, qazilərimizin qanını yerdə qoymayacağıq. Onları yad etməmək mümkün deyil. Fatihə oxumağa davam edirəm. Baş verənlər düşmənimizə olan nifrətimizi daha da artırır. Terrorla mübarizəmizi ləngitmədən davam etdirəcəyik”, - deyə Türkiyə prezidenti söyləyib. Oxu24.com
ŞƏRHLƏR