Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5762
az

İranda edam terroru davam edir: 24 yaşlı azərbaycanlı qadın asıldı

12:5503 Oktyabr, 2018
3838
DÜNYA
  • A
 İranda əri tərəfindən verilən işgəncələrə dözməyib onu öldürən 24 yaşlı Zeynəb Sekaanvand edam olunub.

Virtualaz.org xəbər verir ki, bu barədə İran Milli Müqavimət Şurasının Qadınlar Komitəsi öz internet səhifəsində məlumat yayıb.

Z. Sekaanvandın yaxınlarının bildirdiyinə görə, o Urmiya Mərkəzi Həbsxanasında asılıb.

Müqavimət Şurası Z. Sekaavandın asılmasını pisləyib, insan haqları müdafiəçilərini İrandakı edamlara qarşı çıxmağa çağıran bəyanatla çıxış edib.

Bir qədər əvvəl Beynəlxalq Əfv Təşkilatı da iranlı səalhiyyətli şəxslərə səslənərək Sekaanvandla bağlı çıxarılan edam qərarının dərhal ləğv olunmasını tələb etmişdilər.

Zeynəb Sekaanvandın 2008-ci ildə 15 yaşında olarkən Hüseyn Sarmadi adlı şəxslə evləndirildiyi bildirilir. Evlililiyin ilk illərindən mütəmadi olaraq şiddət və zorakılığa məruz qalan qadın bir neçə dəfə boşanmaq istəsə də, əri buna razılıq verməyib. Polisə dəfələrlə şikayət etsə də, problemi heç vaxt araşdırılmayıb.

Xatırladaq ki, H. Sarmadi evliliklərindən dörd il sonra, 2012-ci ildə bıçaqlanaraq öldürülmüş halda tapılıb. Polis hadisə ilə əlaqədar Zeynəb Sekaanvandı saxlayıb və o, polis bölməsində 20 gün ərzində kişi polislər tərəfindən işgəncələrə məruz qalıb. 2014-cü ildə isə onun edamı ilə bağlı qərar verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı
Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ