Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Əfqanıstandan dəhşətli xəbər gəldi: Xeyli sayda ölü var

SON DƏQİQƏ! Əfqanıstandan dəhşətli xəbər gəldi: Xeyli sayda ölü var

DÜNYA

2310

17.08.2021, 22:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bazar ertəsindən Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanında izdiham və atışma nəticəsində azı 40 nəfər həlak olub.

Oxu24.com xəbər verir ki, bu barədə "Taliban" radikal hərəkatının aeroportda olan komandirinə istinadən "Tolonews" telekanalı bildirib.

Hərəkat üzvünün məlumatına görə, insanlar "xarici qüvvələrin odlu silahı tətbiq etməsi" nəticəsində, həmçinin izdihama görə həlak olublar.

O, əhalini hava limanına gəlməməyə və xaricə uçmağın mümkünlüyü ilə bağlı şayiələrə qulaq asmamağa çağırıb.

Aeroporta gəlmiş vətəndaşlar telekanala bildiriblər ki, onlar ölkəni tərk etməyə ümid edirlər.