SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
920
15.08.2021, 17:14
Bu gün ölkədə yoluxma sayının artması həm dövlət, həm əhali, həm də səhiyyə işçiləri üçün təhlükə yaradır. Çünki artımlarla əlaqədar tibb müəssisələri yüklənmiş olacaq və qabaqlayıcı tədbirlərin görülməsində gecikmələr yaranacaq. Ona görə də kütləvi vaksinasiya prosesinə hər kəs qoşulmalıdır.
OXU24.COM xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya və Allerqologiya şöbəsinin həkimi, terapevt-pulmonoloq Günel Sadıqova deyib.
Mütəxəssis qeyd edib ki, son dövrlərdə Azərbaycanda koronavirusa yoluxma və bununla bağlı ölüm hallarının sayında kəskin artım müşahidə olunur: "Halbuki iki həftə əvvəl ölkədə gündəlik yoluxma sayı 272 idi, bu gün həmin göstərici 2000-dən çoxdur. İnsanlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə riayət olunmaması bu artımlara rəvac verir. İnsanlar elə hesab edir ki, məhdudiyyətlər olmadığından, virus yoxa çıxıb. Hətta insanlar bir-biriləri ilə öpüşüb görüşürlər. Unutmaq lazım deyil ki, pandemiya hələ bitməyib və virus yayılmağa davam edir. Yeni "Delta" ştammının nəinki qonşu ölkələrdə sürətlə artması, eləcə də ölkəmizdə mövcudluğu bizim üçün ciddi siqnal olmalıdır. Çünki bu ştammın yayılma sürəti olduqca yüksəkdir".
G.Sadıqova söyləyib ki, tətil mövsümü olduğundan vətəndaşlar səyahət zamanı yeni ştamma yoluxurlar: "Bu səbəbdən vətəndaşlarımız səyahət zamanı qoruyucu tədbirlərə xüsusilə diqqət etməlidirlər".
"Müşahidələrimiz onu deməyə əsas verir ki, bu gün xəstəxanaların reanimasiya şöbəsində müalicə alan koronavirus xəstələrinin 90-95 %-i məhz peyvənd olunmayan insanlardır. Peyvənd yoluxmanın qarşısını tam almasa da, xəstənin səhhətinin ağırlaşması və ölüm hallarını kifayət qədər azaltmış olur. Əgər biz kütləvi peyvəndlənməni sürətləndirsək, məhdudiyyətlər tətbiq olunmadan virusun öhdəsindən gəlmiş olarıq", - həkim bildirib.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
11:34 / 11 Noyabr 2026
1
11:28 / 11 Noyabr 2026
42
11:16 / 11 Noyabr 2026
190
11:13 / 11 Noyabr 2026
61
11:11 / 11 Noyabr 2026
77
11:06 / 11 Noyabr 2026
75
10:56 / 11 Noyabr 2026
237
10:51 / 11 Noyabr 2026
91
10:48 / 11 Noyabr 2026
77
10:45 / 11 Noyabr 2026
91
10:33 / 11 Noyabr 2026
87
10:19 / 11 Noyabr 2026
91
10:13 / 11 Noyabr 2026
86
10:10 / 11 Noyabr 2026
88
10:10 / 11 Noyabr 2026
256
10:09 / 11 Noyabr 2026
145
09:56 / 11 Noyabr 2026
82
09:37 / 11 Noyabr 2026
879
09:35 / 11 Noyabr 2026
121
09:29 / 11 Noyabr 2026
95
09:25 / 11 Noyabr 2026
104
09:24 / 11 Noyabr 2026
89
09:22 / 11 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.