Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya ABŞ-ı vurmaq üçün raket hazırladı - SENSASİON

2018-10/1538460674_1bdcc01d092d.jpg

DÜNYA

1546

02.10.2018, 10:09

\"\" Rusiya \"Sarmat\" qitələrarası ballistik raketlərinin ilk uçuş sınaqlarını 2019-cu ilin başlanğıcında həyata keçirməyi planlaşdırır.
Femida.az xəbər verir ki, bu haqda TASS-a Rusiya müdafiə-sənaye kompleksindəki mənbə bildirib. Qeyd edək ki, ikipilləli, ağır, maye yanacaqlı, 5-ci nəsil strateji ballistik raket olan \"Sarmat\" Rusiyanın Raket Qoşunlarında \"Voevoda\"nı əvəzləməlidir. Sələfindən fərqli olaraq \"Sarmat\" raket əleyhinə müdafiəni yarmaq üçün daha güclü kompleksə, suborbital trayektoriyaya və səs sürətindən də 6 dəfə böyük sürət əldə edən döyüş başlıqlarına malikdir. ABŞ-dakı hədəflər üçün nəzərdə tutulmuş \"Sarmat\"ın ilkin çəkisi 150-200 ton, uçuş məsafəsi 16 min kilometr, daşıya biləcəyi döyüş başlıqlarının ümumi çəkisi 10 tondur.