Qaynar xətt:

(+99450) 247 90 86

İrandan şok qərar: Raket zərbələri endirdi

İrandan şok qərar: Raket zərbələri endirdi

DÜNYA

1022

01.10.2018, 11:37

\"\" Əməliyyatı İranın İnqilab Keşikçiləri Korpusunun hərbi-kosmik diviziyası həyata keçirib
İran hərbçiləri Suriyada Fərat çayının şərqində yerləşən terrorçuların mövqelərinə raket zərbələri endirib. Bu barədə Sputnik Azərbaycan \"Gazeta.ru\"-ya istinadən xəbər verir. Məlumata əsasən, aviazərbələr Əhvaz şəhərində hərbi parad zamanı terror aktının təşkilatçılarına və onların nəzarətində olan obyektlərə endirilib. Vurğulanır ki, aviazərbələr İranın İnqilab Keşikçiləri Korpusunun hərbi-kosmik diviziyası tərəfindən həyata keçirilib.
Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi paradda törədilən terror aktı zamanı 29 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.