Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5566
az

Dostları ilə mərcləşib, 15 yaşlı sevgilisini öldürdü

00:0827 Sentyabr, 2018
1313
DÜNYA
  • A
 15 yaşlı Coşua Devis həmyaşıdı olan sevgilisi Rebekka Aylvordu amansızcasına qətlə yetirib.

Oxu24.com xəbər verir ki, o bu addımı dostlarıyla mərcləşdiyi üçün atıb. Belə ki, o, dostları ilə sevgilisini öldürə biləcəyinə dair mərc edib. Dostları Coşuaya bunun qarşılığında sevdiyi kafedə böyük səhər yeməyi vəd edib. Yeniyetmələr qətlin hansı üsulla həyata keçiriləcəyini də müzakirə ediblər. Variantlar arasında qızı zəhərləyərək öldürmək və ya qayadan aşağı atmaq da olub.

Cinayətdən 2 gün öncə Coşua Rebekkanı görüşə çağırıb. Bundan sonra dostuna mesaj yazan gənc “heç nə demə, amma mənim səhər yeməyimi ödəməyə hazırlaş” deyə qeyd edib. Qısa müddət öncə sevgilisindən ayrılan Rebekka ondan gələn bu dəvəti həyəcanla qarşılayıb. Hətta qız görüş üçün yeni geyim də alıb.

Rebekkanı meşəlik əraziyə aparan Coşua onun başına daşla ölümcül zərbələr endirib. Qızın meyiti bir gün sonra aşkarlanıb. Sakitcə evə yollanan qatil dostlarıyla görüşüb cinayətin təfərrüatlarını danışıb.

Saxlanılan cani öncə hər şeyi inkar edib və cinayət yerinə apararaq etdiyi əməllə öyündüyü dostunu qətldə ittiham edib.

Buna baxmayaraq, məhkəmə Coşua Devisi 14 illik həbs cəzasına məhkum edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI
Türkiyədə partiya sədri HƏBS EDİLDİ
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı