Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5542
az

Paşinyan İrandan pul istədi, Ruhani “yox” dedi

11:3826 Sentyabr, 2018
3116
DÜNYA
  • A
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşüb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı və Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasının yaradılması məsələləri müzakirə olunub.

Bu mənada, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılmasının vacibliyinə diqqət çəkən Paşinyan, İranla Ermənistan arasında illərdir kağız üzərində qalan və icrası üçün maliyyə tapılmayan, daha doğrusu, Tehranın reallaşmasında maraq göstərmədiyi layihələrin həyata keçirilməsi üçün səmərəli mühitin yaradılacağına ümid etdiyini bildirib.

Ermənistan baş nazirinin sözlərinə görə, iki ölkə arasındakı hazırkı potensial indikindən daha çox nəticələrə nail olmağa imkan verir və bunun üçün qarşılıqlı addımlar atılmalıdır.

Bununla da, perspektivsiz və paslanmış iqtisadi, nəqliyyat-loqistika layihələrində əməli iş prosesinə start verilməsi üçün Paşinyan İran prezidentindən maliyyə ayırmasını xahiş edib. Lakin Ruhani söhbətdən yayınaraq Paşinyanı başından edib və bildirib ki, BMT kluarları iqtisadi əməkdaşlığın genişləndirilməsini detallı müzakirə etmək üçün heç də münasib yer deyil. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş- Foto