Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5536
az

Bakıya uçan təyyarədə bomba həyəcanı

10:1026 Sentyabr, 2018
797
DÜNYA
  • A
 Novosibirsk-Bakı aviareysinin sərnişini stüardessaların onu biznes sinfinə keçirməkdən imtina etmələrinə görə təyyarəni parlatmaqla hədələyib.


Oxu.Az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat İdarəsinin Sibir Federal Dairəsi məlumat yayıb.

“Hadisə yerinə cəlb edilən polis əməkdaşları müəyyən ediblər ki, 51 yaşlı Krasnoyarsk sakini ekonom sinifdən biznes sinfə keçirilməsini tələb edib. Ekipaj üzvləri bu tələbi yerinə yetirməkdən imtina edib. Sərnişin isə cavabında təyyarəni partladacağı ilə hədələyib”, - məlumatda deyilir.

Sərnişinlər dərhal təxliyyə olunublar, təyyarədə axtarış aparılıb. Partlayıcı qurğu və maddə tapılmayıb. Təyyarə Bakıya istiqamətlənib.

Təyyarəni parlatmaqla hədələyən sərnişin saxlanılıb. Onun barəsində cinayət işi açılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ-dən Rusiya üzərində uçuşlarla bağlı SƏRT QƏRAR
5,8 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Rusiyada çörəkdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib