İngiltərənin Böyük Mançester qraflığının sakini Ceyk Parr iki ruhu lentə alıb.
Oxu24.com "ölkə.az"-a istinadən bildirir ki, Parr tərkedilmiş yeraltı bunkerə enib. Parr anomal hadisələrin tədqiqi ilə məşğul olur və tez-tez tərk edilmiş yerləri, tarixi məkanları ziyarət edir. Bu dəfə isə o, yeraltı bunkerdə iki ruhu lentə ala bilib.
Ceykin fotolar çəkdiyi yeraltı bunker Stokportda yerləşir. O, lentə aldığı fotoları nəzərdən keçirəndə fotoların birində keçəl kişi görüb. Bu isə onu çox qorxudub.
Növbəti fotoda isə o, qız ruhu görüb.
"Mən bunkerdə olanda kiminsə arxadan mənə baxdığını hiss edirdim. Fotolara baxdıqdan sonra isə qorxdum. Amma bu mənim üçün yenilik deyil. Çünki bir çox tərk edilmiş yerdə olmuşam. Bununla belə, çox qorxdum", - deyə Parr bildirib.
Oxu24.com
"Mən elektro maqnit aktivliyinə həssas olan yeni cihazla bunkerə qayıdacam və yeni fotolar çəkəcəm".
ŞƏRHLƏR