Rəsmi Moskva Suriyada vurulan təyyarə barədə gətirilən sənədləri əsassız hesab edib.
Oxu24.com Rusiya mediasına istinadla xəbər verir ki, 15 hərbiçisini itirən Rusiya təyyarənin vurulmasına görə İsrail tərəfini günahlandırmış və iki ölkə arasında diplomatik böhran yaşanmışdı.
Bundan sonra Tel-Əviv təyyarənin vurulmasında günahsızlığını sübut etmək üçün hərbi komandalıqdan rəsmi sənədlərlə birlikdə Moskavaya heyət göndərib.
Təyyarənin vurulmasını Bəşər Əsədin səhvi sayan İsrailin nümayəndə heyətini Moskva qəbul etməyib və onları İsrailə geri göndərib.
Xatırladaq ki, bir neçə gün öncə Suriya sahillərində S-200 Əsəd qüvvələrinə aid S-200 hava hücümundan müdafiə sistemləri Rusiyaya aid hərbi təyyarəni vurmuş və nəticədə 15 rus hərbiçisi həlak olmuşdu. Oxu24.com
ŞƏRHLƏR