Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5346
az

İran İnstaqrama da şərt qoydu - Əks halda bağlanacaq

07:2419 Sentyabr, 2018
894
DÜNYA
  • A
 İran Kiber Dünya Ali Şurasının rəhbəri Əbülhəsən Firuzabadi ölkədə populyar olan İnstaqramla bağlı açıqlama verib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Firuzabadi İnstaqramın İranda rəsmi təmsilçilik açması və iranlı istifadəçilərin məlumatlarını bu ölkədə qurulacaq məlumat mərkəzlərində saxlamasını təklif edib.
Təklif qəbul edilməyəcəyi təqdirdə bu sosial şəbəkənin bağlanılacağı barədə xəbərdarlıq verilib.
Şura rəhbəri İnstaqram rəsmiləri ilə bir neçə dəfə görüş keçirilsə də, müsbət nəticənin əldə olunmadığını söyləyib. Hazırda bu istiqamətdə danışıqlar davam edir.
Qeyd edək ki, “Teleqram” sosial şəbəkəsi də həmin şərti qəbul etmədiyi üçün 26 apreldə İranda fəaliyyətinə son qoyulmuşdu. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar
Evə girən ayı görün harada yatdı
Qadın ərini pişiyə görə məhkəməyə verdiö

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+