Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3825
28.04.2021, 22:33
“Ermənistan ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı”nı tanınmasını alqışladı. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın buna yumşaq reaksiyası bizi təəccübləndirdi”.
OXU24.COM Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni türkoloq Tiqran Lokmaqezyan deyib.
O, Ankaranın Baydenin açıqlamasından sonrakı reaksiyasının Ermənistanda müzakirə mövzusuna çevrildiyini bildirib.
“Türkiyədən və xüsusən də Ərdoğandan belə bir yumşaq reaksiya gözlənilməz oldu. Üstəlik, Ankarada anti-Amerika isterikası müşahidə olunmur”, - ekspert qeyd edib.
Türkoloq Bayden və Ərdoğan arasında tanınma ərəfəsində baş tutan telefon danışığının təsadüfi olmadığını söyləyib: “Şübhəsiz ki, Vaşinqton bunun müqabilində Ankaraya nələrisə təklif edib. Bu, Ermənistan və Suriya ilə bağlı ola bilər. Böyük ehtimalla vəd edilən çox şey var”.
Lokmaqezyan hesab edir, gözlənilən sürprizlərə qarşı fəaliyyət planı hazırlanmalıdır.
Digər erməni siyasi ekspert Naira Oxikyana görə də, Ermənistan Baydenin açıqlamasından çox da sevinməməli və arxayın olmamalıdır:
“Bu, ermənilərə təzminatın ödənilməsi və torpaqların verilməsi demək deyil. Bu kontekstdə Amerika administrasiyası rəhbərinin bəyanatına diqqətlə baxmaq lazımdır. Bayden öz açıqlamasında kimisə günahlandırmadı, bildirdi ki, bunu belə faciələrin bir daha təkrarlanmaması üçün deyir. Belə çıxır ki, Amerika lideri ermənilərin qətlə yetirilməsindən təəssüflənir, amma baş verənlərdə Türkiyəni günahlandırmır. Bu, o deməkdir ki, buna görə Ankaraya cavab verməyi düşünmürlər”.
Oxikyan əmindir ki, Vaşinqton Ermənistan və ermənilərə görə Ankara ilə iqtisadi əlaqələrini qurban verməyə hazır deyil:
“ABŞ və Türkiyə arasındakı ticarət dövriyyəsi dünyada ən yüksək ticarət dövriyyələrindən biridir - 26 milyard dollar. Bu baxımdan, ABŞ-ın da heç bir qanuni addım atmayacağını deyə bilərəm. Əslində ABŞ 106 il əvvəlki hadisələri tanıyır, ancaq Ankaraya qarşı bütün ittihamları rədd edir”.
15:12 / 12 Noyabr 2026
1
14:15 / 12 Noyabr 2026
94
14:04 / 12 Noyabr 2026
259
13:59 / 12 Noyabr 2026
219
13:55 / 12 Noyabr 2026
98
13:45 / 12 Noyabr 2026
163
13:36 / 12 Noyabr 2026
208
13:29 / 12 Noyabr 2026
104
13:21 / 12 Noyabr 2026
117
13:20 / 12 Noyabr 2026
142
13:18 / 12 Noyabr 2026
440
13:16 / 12 Noyabr 2026
132
13:07 / 12 Noyabr 2026
377
13:04 / 12 Noyabr 2026
96
13:00 / 12 Noyabr 2026
95
12:40 / 12 Noyabr 2026
102
12:25 / 12 Noyabr 2026
121
12:05 / 12 Noyabr 2026
136
11:55 / 12 Noyabr 2026
129
11:50 / 12 Noyabr 2026
150
11:36 / 12 Noyabr 2026
135
11:35 / 12 Noyabr 2026
130
11:34 / 12 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.