Böyük Britaniyada yaşayan 50 yaşlı Treysi Britten dördəm uşaq dünyaya gətirməyə hazırlaşır.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, o, Britaniyanın dördəm anası olan ən yaşlı qadınına çevriləcək.
Britten hazırda hamiləliyin 25-ci həftəsindədir. Onun uşaqları 32 həftə sonra dünyaya gətirməsi gözlənilir. Uşaqlardan üçü qız, biri isə oğlan olacaq.
Qeyd edək ki, Treysinin əvvəlki həyat yoldaşından artıq üç uşağı var. Onun hətta 8 nəvəsinin olduğu bildirilir.
Qadın əvvəlki həyat yoldaşından 2003-cü ildə ayrılıb. O, indiki həyat yoldaşı Stivenlə 2005-ci ildən birgə yaşayır. Oxu24.com
ŞƏRHLƏR