Əfsanəvi bolqar ekstrasens Vanqanın öncəgörmələri daim gündəmdədir.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, Vanqa Suriyadakı hərbi münaqişəni qabaqcadan bildirməsi ilə bağlı sənədlər heç kəsə sirr deyil. Nəşr hesab edir ki, bu fakt, insanlığı təşvişə salmaya bilməz, çünki eyni şeir-öncəgörmələrin arxasınca, Vanqa həmçinin, Suriya münaqişəsinin ardınca Üçüncü dünya müharibəsinin başlanacağını da müjdələyir. Daha sonrakı bəndlərdə isə fenomen bolqar Birləşmiş Ştatların öz mövcudluğunu itirəcəyini qeyd edir.
Bundan başqa, o, Çinin dünya səviyyəli dövlət statusunu alacağı xəbərini də qabaqcadan vermişdi. Şeir-öncəgörmələrə görə, Rusiyada ciddi iqtisadi problemlər olacaq, lakin nəticədə Rusiya Federasiyası bütün çətinliklərin öhdəsindən gələcək.
Maraqlı məqamlardan biri də odur ki, fenomen bolqar xanımın sözlərinə görə, neft öz əhəmiyyətini itirəcək və zamanla dövriyyədən tamam çıxacaq. Oxu24.com
ŞƏRHLƏR